Gənclər və İdman Nazirliyi (AGİN) və Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib.
Presssport.az AGİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 5-də baş tutan yarışın yekun nəticələrinə görə kişilər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşı İlqar Alqayev 1-ci olub.
Ramil Hacıyev (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı) yarışı 2-ci, Şahin Əlizadə (ƏƏSMN) isə 3-cü pillədə başa vurub.
Qadınlar arasında Şəlalə Mərdəliyeva (ƏƏSMN), Şahrun Salmanova (Fövqəladə Hallar Nazirliyi), Fəridə Abdullayeva (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı) fərqlənib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC