İsrail millisinin sabiq yarımmüdafiəçisi Bibras Natxo sabiq baş məşqçisi, “Turan Tovuz”un yeni çalışdırıcısı Kurban Berdıyev haqda danışıb.
Presssport.az xəbər verir ki, veteran futbolçu rusiyalı jurnalistin “Berdıyev 100 yaşına qədər məşqçilik edə bilərmi” sualına velə cavab verib: “Bəli. Berdıyev özünü tamamilə futbola həsr edib. Həftənin 7 günü, 24 saat bununla məşğul olur. O, ən xırda detallara fikir verir. Buna görə də əminliklə deyə bilərəm ki, o, karyeramdakı ən yaxşı məşqçidi. Ona ən yaxşısını arzulayıram!”
Natxo “Rubin”də Berdıyevin rəhbərliyi altında çıxış edib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC