"Kiçik bir millətik və İngiltərə, İspaniya, Fransa ilə birlikdə yarımfinalda olduğumuz üçün fəxr edirik" - Kuman

"Yarımfinalda oynamaq bizim üçün böyük uğurdu. Bütün xalq üçün bu xüsusi bir şeydir. Kiçik bir millətik və İngiltərə, İspaniya, Fransa ilə birlikdə yarımfinalda olduğumuz üçün fəxr edirik".

Presssport.az xəbər verir ki, bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Almaniyada təşkil olunan AVRO-2024-ün 1/4 finalında Türkiyə yığması üzərində 2:1 hesablı əmzkar qələbə qazandıqları görüşdən sonra deyib.

Niderlandlı mütəxəssisin fikrincə, bəzən başqa xalqlar kimi cəsarətli olmadıqlarını deyib onları tənqid edirlər: “Bu gecə əziyyət çəkməli olduq, amma asan oyun yoxdur. Bu emosional matç olsa da, böyük ürəyimiz var idi. İkinci hissəni yaxşı keçirdik. Əziyyət çəkməli olduq, lakin yarımfinalda oynamaq şansı qazanmaq böyük uğurdu”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC