"Sumqayıt" Rusiya Premyer Liqa təmsilçisinə qarşı

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununa çıxacaq.

Presssport.az xəbər verir ki, Samir Abasovun komandası Rusiyanın Premyer Liqa təmsilçisi "Orenburq"la qarşılaşacaq.

Qızılcahamam stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Sumqayıt" iyulun 12-də isə Türkiyə I Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. Digər rəqibin kimliyi barədə isə əlavə məlumat veriləcək. 

Xatırladaq ki, “Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda olacaq. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC