"Səbail" yeni transferini açıqladı

2024/2025-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçunu heyətinə cəlb edib. 

Presssport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “dənizçilər” son klubu Şimali Makedoniya təmsilçisi “Qostivar” olan Amir Bilali ilə 1 illik müqavilə imzalayıb. 

30 yaşlı albaniyalı mərkəz müdafiəçisi komandada “44 nömrə”li formada çıxış edəcək.

Xatırladaq ki, "Səbail" bundan əvvəl Fərid Nəbiyev, Nihat Quliyev və Vüsal Məsimovu transfer edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC