"Sumqayıt"ın rəqibinin qapıçısı: "Konfrans Liqasında oynamaq istədiyimiz formadan hələ də uzağıq"

Macarıstanın "Fehervar" klubunun qapıçısı Balaj Tot "Ayka" ilə yoldaşlıq görüşündə qazanılan qələbəni (3:2) şərh edərkən Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”la matç öncəsi vəziyyətlərinə toxunub. 

Pressspot.az klubun rəsmi saytına danışan macar qolkiperin fikrincə, "Fehervar" hələ ki ideal formadan uzaqdı: "Yeni baş məşqçi ilə yeni oyun sistemi üzərində işləyirik. İkinci yoldaşlıq görüşümüz olduğunu nəzərə alsaq, heç də pis oynamadıq. Məşqdə etdiyimiz bütün elementləri oyunda tətbiq etməyə çalışdıq. Buna müvəffəq olduq. Lakin Konfrans Liqasında və çempionatda oynamaq istədiyimiz formadan hələ də uzağıq".

Xatırladaq ki, "Sumqayıt" və "Fehervar" arasında matçlar iyulun 25-i və 31-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC