Yeni mövsümə hazırlığın Bakı mərhələsini bu gün keçirilən yoxlama oyunu ilə başa vuran “Araz-Naxçıvan” əvəzedici heyətiylə qarşılaşıb.
Presssport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan matçda hesabı “dubl” açsa da, qələbəni əsas komanda qazanıb - 3:1.
Qolları Ülvi İsgəndərov, Vanderson və Ürfan Abbasov vurub. Əvəzedicilərin heyətində isə Elcan Məmmədov fərqlənib.
Bununla da Elmar Baxşıyevin komandası iyunun 28-dən davam edən hazırlığın ilk mərhələsini yekunlaşdırıb. Sabah istirahət edəcək “qırmızı-ağlar” iyulun 10-da Ərzuruma yola düşəcək. Qardaş ölkədə iki həftəlik hazırlıq prosesi zamanı 3 yoxlama matçının keçirilməsi də nəzərdə tutulub.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC