Bu gün Azərbaycan - Ermənistan matçı var

Azərbaycanın 16 yaşadək qız və oğlanlardan ibarət basketbol milliləri bu gün Avropa çempionatının C divizionunda ilk matçlarına çıxacaq.

Presssport.az xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi, A qrupunda yer alan qızlardan ibarət yığmamız Ermənistan milli komandası ilə qarşılaşacaq. 

Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq və YouTubedən bu linkdən (https://youtu.be/aKQdokIgtBw) izləmək mümkündü. Milli növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kiprə qarşı keçirəcək.
Tahir Baxşıyevin baş məşqçisi olduğu, A qrupunda mübarizə aparan 16 yaşadək oğlanlardan ibarət yığmamız isə ilk görüşdə Albaniya ilə qarşılaşacaq. Bu matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq və YouTubedən bu linkdən (https://youtu.be/aKQdokIgtBw) izləmək mümkündü. Milli növbəti oyunlarını iyulun 10-da Moldova, 11-də Maltaya qarşı keçirəcək.

Onu da bildirək ki, qızların yarışına Cəbəllütariq, oğlanların turnirinə isə Albaniya ev sahibliyi edir.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC