İspaniya millisi Avropa çempionatlarının tarixinə düşüb

Almaniyada keçirilən AVRO-2024-ün ilk yarımfinal görüşündə Fransa millisinə qalib gələrək (2:1) finala yüksələn İspaniya yığması tarixə düşüb.

Presssport.az xəbər verir ki, pireneylilər Avropa çempionatları tarixində həm ardıcıl, həm də ümumilikdə 6 qələbə qazanan ilk yığma olub.

İspanlar qrupda Xorvatiyanı 3:0, İtaliya və Albaniyanı 1:0, 1/8 finalda Gürcüstanı 4:1, 1/4 finalda Almaniyanı 2:1 məğlub edib.

Xatırladaq  ki, İspaniyanın finaldakı rəqibi bu axşam olacaq Niderland - İngiltərə matçında bilinəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC