“Şamaxı”nın rəhbəri sahibkarlara müraciət etdi: "Büdcəmizdə heç bir dəyişiklik yoxdu"

“Büdcəmizdə heç bir dəyişiklik yoxdur, əlavə maliyyə axtarışlarımız davam edir”.

Presssport.az xəbər verir ki, bunu “Şamaxı” klubunun İdarə Heyətinin sədri Elçin Usub deyib.

O, klubla əməkdaşlıq etmək istəyən sahibkarlarla müzakirəyə hazır olduqlarını vurğulayıb:
“Fürsətdən yararlanaraq “Şamaxı” ilə tərəfdaşlığa maraq göstərən bütün sahibkarlar və şirkətlərlə əməkdaşlığa açıq olduğumuzu bəyan edirəm. Bununla bağlı müzakirələrə hazırıq".

Klub rəsmisi baş məşqçi Ayxan Abbasovun işinin öhdəsindən gələcəyinə inandıqlarını deyib:

“Hazırlıq prosesi plan üzrə davam edir. Komanda Şamaxıda yeni mövsümə hazırlaşır. Ayxan müəllim güvəndiyimiz baş məşqçidir, adından söz etdirib. İnanırıq ki, işinin öhdəsindən gələcək. Hədəfimiz bu mövsüm Premyer Liqada möhkəmlənməkdir. İstədiyimiz nəticələri qazanacağımıza ümid edirəm”.

E.Usub komandanın heyəti ilə bağlı da danışıb:

"Heyət baş məşqçimizin istəyi ilə formalaşır. Legioner məsələsinə gəlincə, konkret say demək düzgün olmaz. Ehtiyac duyduğumuz mövqelərə axtarışlar davam edir. Legionerlərin qiyməti və komandaya verəcəkləri töhfə önəmlidir. Çalışacağıq ki, mövsüm başlayana qədər heyəti tam komplektləşdirək”.

Qeyd edək ki, Azərbaycan I Liqasının çempionu olan “Şamaxı” klubu 2024/2025 mövsümündə Premyer Liqada mübarizə aparmaq hüququ qazanıb (report.az).
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC