"Sabah"ın "Makkabi"ylə cavab matçına biletlər bu həftədən satışda: "Macarıstandakı oyunun məkanı paytaxtdan çox uzaqdadı, logistika məsələləri üzərində düşünürük ki..."

“Əlbəttə, Hayfa ”Makkabi"siylə dueldə azarkeşlərimizin “12-ci oyunçu” olmasından da çox şey asılı olacaq. Hələ ki matçla bağlı gözlənti haqda danışmaq üçün tezdi. Gördüyünüz kimi, özümüz də hələ komplektləşirik, komandamıza yeni oyunçular gəlir. Məşqçilər korpusu, analitik heyəti komanda üzərində çox ciddi çalışır. Hal-hazırda bir gözləntini səsləndirmək çox çətindi".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Sabah”ın icraçı direktoru Pərvin Piriyev deyib.

Konfrans Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”siylə qarşıdakı duel haqda söz açan klub rəsmisi azarkeş dəstəyinin vacibliyinə toxunub: “Sözsüz ki, bu amil çox önəmlidi. Xüsusən səfər oyunumuzda, hansının ki Macarıstanda olacağı artıq müəyyənləşib. Orda azərbaycanlıların sayı az deyil. Çox istəyərdik ki, bu ölkədəki həmyerlilərimiz gəlib komandamıza dəstək olsun. Səfər matçında bu, ələxssüs çox vacibdi. Ona görə ki, yad ölkədəsən, Avropanın mərkəzindəsən, istər-istəməz təsiri olur. Əlbəttə ki, cavab matçının olacağı doğma Masazırda stadionumuzun dolu görmək istərdik. Çünki stadion nə qədər çox dolu, komandaya nə qədər böyük dəstək olsa, futbolçular bir o qədər motivasiyalı çıxış edəcək. Hamımız bir yerdə əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, Azərbaycanı Avropada layiqli şəkildə təmsil edək”.

Piriyev "Sabah"ın səfər matçını stadiondan izləməklə bağlı daha çox sosial mediadan xeyli müraciət aldıqlarını vurğulayıb: “Sözsüz ki, bu sahədə də digər tərəfdaşlarımızla danışmağı planlaşdırırıq. Orda yerində asanlaşdıra biləcək həllər fikirləşməyi çalışırıq. Çünki real olaraq oyun keçiriləcək məkan mərkəz Budapeştdən çox uzaqdı - təxminən 4 saatlıq məsafədədi. Logistika məsələləri üzərində düşünürük ki, necə bir şeylər təqdim edə bilərik azarkeşlərin ora gəlməsi rahat olsun. Onu da deyim ki, oyunumuz olacaq stadionun tutumu çox deyil. Bizə nə qədər azarkeş yeri verməsiylə bağlı UEFA-dan, tərəfdaşlarımızdan rəsmi cavab gözləyirik. Hal-hazırda bu barədə danışqlar gedir”.

Klub rəsmisi onu da diqqətimizə çatdırır ki, avqustun 1-də “Bank Respublika Arena”dakı cavab matçına 9 mindən çox bilet satışa çıxacaq və bu, hazırkı həftədən başlayaraq reallaşacaq. 

Xatırladaq ki, “Sabah”ın israillilərlə səfər görüşü Macarıstanın Kişvarda şəhərində “Varkert” stadionunda baş tutacaq. Qarşılaşma iyulun 25-də Bakı vaxtilə saat 21:15-də keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC