"Bir-birindən dahi 26 futbolçuya rəhbərlik etdiyim üçün çox şanslıyam" - AVRO-2024-ün ilk finalçısı

“Möhtəşəm qələbə qazandıq, xoşbəxtik. Futbolçularıma əla oyuna görə dərin təşəkkürümü bildirirəm. İndi daha çox sevinirik. Oyunu oxumağı bilən və əla şəkildə çıxış edən bəzi dahi futbolçularla fəxr edirik".

Presssport.az xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Luis De La Fuente AVRO-2024-ün ilk yarımfinalında Fransa yığmasına 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra deyib.

İspaniyalı mmütəxəssis finala vəsiqə qazandıqları üçün sevincli olduqlarını söyləyib: "Müdafiədə mükəmməl oynadıq, əks-hücumlar üçün imkanlarımız oldu, təhlükəli anlar yaratdıq. Rəqibin bir az da açıq oynamasını istəyirdik. Hesab edirəm ki, ümumilikdə inamlı oyun keçirdik. Futbolçularım nümunəvi işlər görür. Onlar fərdi qaydada yaxşı oynayır, amma həmişə komandanın xeyrinə çalışır. Bu oyunçularla işləmək imkanım olduğu üçün fəxr edirəm. Bir-birindən dahi 26 futbolçuya rəhbərlik etdiyim üçün çox şanslıyam. İspaniya millisi gənc futbolçuları çoxluq təşkil edən və gələcəyi olan komandadı".

Təcrübəli çalışdırıcının fikrincə, finala daha ciddi hazırlaşmalıdırlar və həlledici oyun daha fərqli olacaq: “Finalda hansı rəqiblə qarşılaşmağımızdan asılı olmayaraq, turnirin qalibi olmaq əzmindəyik. Tarix yazmağa davam etmək istəyirik, dincəlmək yox. Berlində finalda mübarizə aparmaq üçün kifayət qədər motivasiyamız var idi. Finalda kimin olmasının fərqi yoxdu. Yolumuzu bu çempionatda görürük. İstənilən rəqib güclü olacaq və ona qucaq açıb gözləyəcəyik. Qalib gəlmək istəyirik”.

Xatırladaq ki, ireneylilərin finaldakı rəqibinin adına bu gün saat 23:00-da start götürəcək Niderland - İngiltərə matçında aydınlıq gələcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC