"Qarabağ" güclü rəqibdi və bu, daha nə üzərində işləməli olduğumuzu öyrənmək üçün yaxşı sınaq oldu"

Çexiyanın “Viktoriya” klubunun baş məşqçisi Marek Bakoş Avstriyadakı təlim-məşq toplanışı zamanı "Qarabağ"a qarşı keçirilmiş yoldaşlıq görüşü haqda danışıb. 

Presssport.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan çexiyalı mütəxəssis komandasının "Qarabağ"a 1:2 hesablı məğlubiyyətini şərh edərək, hər 2 komanda futbol oynamaq istədiyini vurğulayıb: "Yüksək pressinqlə çalışdıq və yüksək tempdə oynamaq istədik. Hər iki komandanın şansları bərabər idi. Çox gözəl matç oldu. Düşünürəm ki, son 20 dəqiqəyə qədər əla oyun göstərdik və qol imkanları yaratdıq. Təəssüf ki, istifadə edə bilmədik. Bundan sonra “Qarabağ” təşəbbüsü əlinə aldı. Bunu da ötən mövsüm Avropa Liqasının 1/8 finalında oynadığı keyfiyyət sayəsində bacardı. "Qarabağ" güclü rəqibdi və bu, daha nə üzərində işləməli olduğumuzu öyrənmək üçün yaxşı sınaq oldu".

Plzen təmsilçisinin çalışdırıcısı 2 il əvvəl bu komandalar arasında Çempionlar Liqasının pley-off mərhələsinin oyunları da xatırladıb: "Yoldaşlıq görüşü keçirəndə bunu bir anlıq xatırladım. Amma artıq komandaların bu dəfə necə görünəcəyini düşünürdüm".


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC