"Sabah"ın "Çukariçki" sınağı

Yeni mövsümə hazırlığı Sloveniyada davam etdirən "Sabah" bu gün yoxlama matçı keçirəcək.

Presssport.az xəbər verir ki, Masazır təmsilçisi "Çukariçki" (Serbiya) ilə qarşılaşacaq.

"Sports park Radomlje"də keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Krunoslav Renduliçin komandası Sloveniyada ilk sınaq oyununda yerli "Koper"i 1:0 hesabıyla məğlub edib. 

Xatırladaq ki, “Sabah” Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi" (Hayfa) ilə qarşılaşacaq. Komandaların ilk görüşü iyulun 25-də Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionunda baş tutacaq. Cavab matçı isə avqustun 1-də Bakıda “Bank Respublika Arena”da keçiriləcək.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC