Qızlarımız növbəti darmadağını Gürcüstan millisinə qarşı reallaşdırdı, yarımfinala çıxdı

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin 2-ci qrup oyunu baş tutub. Presssport.az xəbər verir ki, budəfəki rəqibimiz Gürcüstan seçməsi olub. 

Oyuna sürətli başlayan millimiz Gürcüstan yığması üzərində 97:40 hesablı rahat qələbə qazanıb. Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (24 xal, 5 ribaund) seçilib. 

Bu qələbə ilə qızlarımız yarımfinala vəsiqəni təmin edib. Millimizin qrupdakı sonuncu oyunu 11 iyul Bakı vaxtı ilə saat 12:30-da Kipr yığmasına qarşı olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC