"Şerif"in baş məşqçisi "Zirə"yə qiymət verdi: "Baş məşqçi kimi ilk avrokubok qarşılaşmam olduğuna görə müsbət nəticə olmasını istərdim"

“Qarşıdakı matç komandamız üçün ciddi sınaqdı. Psixoloji cəhətdən hazır olmaq lazımdı. Sabah meydanda əlimizdən gələni edəcəyik. Hər matçda, hər an qalib olmalıyıq".

Presssport.az xəbər verir ki, bunu “Şerif”in baş məşqçisi Yuri Qura Moldovada "Zirə"yə qarşı keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis təmsilçimiz səviyyəli kollektiv olduğunu hesab edir: “Layiqli səviyyədə komandadı. Bu, baş məşqçi kimi ilk avrokubok qarşılaşmamdı. O üzdən müsbət nəticə olmasını istərdim. Əlbəttə, həyəcan var. Amma istəyimiz böyükdü. Meydanda bacarığımızı göstərməliyik. Bunun adi oyun olduğunu deyə bilmərəm. Həyəcan da var, gördüyümüz işləri meydanda sübut etmək, göstərmək istəyi də”.

Qura heyətdəki dəyişikliklər haqda da söz açıb: “Yeni gələnlər, deyəsən, komandaya çox yaxşı inteqrasiya edib. Bəlkə də hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı... Amma futbolçular kifayət qədər yaxşı səviyyədə gəldi. Düşünürəm ki, birlikdə çalışacağıq və yaxşı nəticələr verəcəyik. Seleksiyaya görə bəzi yeni oyunçular ola bilər, amma bu gün iştirak ərizəmizdə olan oyunçular bunlardı. Məncə, görmək istədiyimiz oyun məzmunu hələ ki, yoxdu, çünki vaxt az idi. Aydındır ki, hücum futbolu oynamaq istərdim. Futbolçulara aşılamaq istərdim ki, meydana çıxmalı və hər matçda hücum baxımından müsbət nəticə əldə etməliyik. Bu, alınsa, yaxşı olar. 1:0, yoxsa 5:3-a üstünlük verərdim? 1:0-a (gülür)"

Xatırladaq ki, "Şerif" və "Zirə" arasında ilk matç iyulun 11-də saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Bugün

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC