Beynəlxalq turnirdə çıxış edəcək gimnastlarımız bəlli olub

Azərbaycanı Portuqaliyanın Santarem şəhərində keçiriləcək batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində təmsil edəcək idmançılar müəyyənləşib.

Presssport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqçilər Abdulla Qasımov və Hafiz Rzayevin rəhbərliyi altında yarışa batut gimnastları Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova, Samirə Hüseynova, Nicat Mirzəyev, Hüseyn Abbasov, İbrahim Mustafazadə, Fərhad Mustafayev, Ömər Qasımlı və Fərhad Vəliyev yollanacaq. 

Rövşən Qurbanov isə hakim kimi fəaliyyət göstərəcək. 

“Scalabis Cup” iyulun 11-13-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC