"Cəbrayıl" I Liqadan hücumçu transfer etdi

II Liqa təmsilçisi qış fasiləsində növbəti transferə imza atıb. 

Presssport.az klubun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, hücumçu Ruslan Voronsovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Voronsov mövsümün ilk yarısında I Liqada “Karvan”da çıxış edib.

Xatırladaq ki, "Cəbrayıl" bunadək müdafiəçi Kamran Qürbətovla mövsümün sonuna qədər müqavilə imzalayıb. Cari mövsümün ilk yarısında digər II Liqa təmsilçisi olan “Şahdağ-Qusar"da çıxış etmiş bu futbolçu Region Liqasının 2021/22 mövsümündə "Cəbrayıl"da forma geyinərək çempion olmuşdu. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC