Qurban Qurbanovun köməkçisi "Braqa"nın oyununu izləməyə yollandı

"Qarabağ”ın bolqrıstanlə məşqçisi Yanuş Vasilyev baş məşqçi Qurban Qurbanovun təlimatı ilə Braqa şəhərinə yollanıb.

Presssport.az xəbər verir ki, video-analitik məşqçi olan Vasilyev bu gün Portuqaliya Premyer Liqasının 20-ci turunun “Braqa” - “Moreirense” matçını stadiondan canlı izləyəcək. Oyun Bakı vaxtı ilə gecə saat 00:30-da başlayacaq.

“Braqa” nümayəndələri isə "Qarabağ"ın fevralın 9-da "Sabah"la Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sabah"la Tofiq Bəhramov adına Respublika stadionundakı cavab görüşünü izləmək üçü Bakıya səfə etməyi planlaşdırır   

Xatırladaq ki, “Braqa” hazırda çempionatda 4-cü yeri tutur. Komandalar arasında Avropa Liqasının pley-off mərhələsində ilk matç fevralın 15-i Braqada, cavab görüşü həmin ayın 22-si Bakıda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC