Rəşad Sadıqovdan acı etiraf: "Yerli futbolçu yoxdu, qıtlıq çəkirik"

“7+4” legioner limiti yaxşı effekt verdi. Bütün klubların keyfiyyəti qalxdı. Əvvəl məcburiyyətdən 19-20 yaşlı oyunçu oynadırdıq. O aradan qalxdıqdan sonra komandanın keyfiyyəti qalxdı. İndi heç bir komandanı digərindən ayırmaq olmur. Bir "Qarabağ" və "Neftçi"ni çıxmaq şərtilə, belədir. Legionerlərimiz sayı artdı, milli üzvləri də oynayır". 

Presssport.az xəbər verir ki, bu sözlər "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova məxsusdu.

Onun sözlərinə görə, legioner limiti ilə bağlı təklif olunan “8+3”ü təhlil etmək lazımdı: “Yerli futbolçu yoxdur, qıtlıq çəkirik. Üç oyunçumuz var, onu da icarəyə götürmüşük. Təhlil etmək lazımdır ki, nə qədər oyunçumuz var. ”8+3"ün heç bir zərəri olmayacaq. Çox ciddi şəkildə yerli qıtlığı var. Heyəti gücləndirmək üçün əvəzedici heyətdən və ya I Liqadan oyunçu tapa bilmirsən. 4-5 il əvvəl demişdim ki, 3-4 ildən sonra yerli futbolçularla bağlı ciddi problem yaşayacağıq. Bir neçə oyunçu milliləşdi. Fikir verin, klublarımız nə qədər milliləşmiş oyunçulardan istifadə edir".

Keçən mövsüm "Şamaxı" göstərdi ki, ən aşağısı 5-6 yerli oyunçu çıxır. Baş məşqçilərimiz hazır məhsul istəyir. Sadıqov buna belə münasibət bildirib: "Yetərincə yerli oyunçulara şans vermişəm. Azərbaycanda yetişən yerlilərdə rolumuz var. Amma bu gün gənclərə şans versəm, "Neftçi", "Sabah", "Qarabağ"la rəqabət aparmalısan. Tələblər belə olanda, sənin də hədəflərin futbolçu yetişdirmək yox, hazır oyunçu götürüb nəticə verməkdi. Məqsədimiz ortalarda qalmaq olarsa, razıyam. Sizin də məndən gözləntiniz o olsa ki, Rəşad yerli futbolçu qazandırsın, hədəfimi o yöndə qoyaram. İstəyirəm ki, nəticə olsun. Onda da hazır futbolçulara üstünlük verirsən. İsmayıl, Rüstəm "Qarabağ"da oynamır. Fuad Bayramov keçən il ilk dəfə yüksək liqada idi. İlkin Muradov, Hacıağa Hacılının da adını çəkərəm. Ceyhun Nuriyev hazır məhsul idi. Eləcə də Rəhim Sadıxov. Legioner tapmaq çətindir, qalmışdı ki, yerli oyunçu. Əvəzedicilərimizdı perspektivli oyunçular var, amma Cəlal Hüseynov səviyyəsində yoxdu ki, şans verərək oynadım". 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC