“Qalatasaray”ın sponsorlardan illik gəliri müəyyənləşib.
Presssport.az Türkiyə mətbuatlna istinadən xəbər verir ki, “sarı- qırmızılılar” bu haqda İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) rəsmən hesabat verib.
Belə ki, İstanbul klubunub 2024-cü ildə 25 milyon 850 min avro və 1 milyard 183 milyon 286 min türk lirəsi (bugünkü məzənnə ilə təqribən 50 milyon avro) gəliri olub.
Maraqlıdı ki, “Cim-Bom”un avro ilə ən çox gəlir qazandığı şirkətlər arasında SOCAR 1-ci yeri tutur - 15 milyon avro. “Puma” 2-ci (5 milyon avro), “Türk Hava Yolları” 3-cü (2,5 milyon avro), “Arkham” isə 4-cüdü (1,9 milyon avro).
Türk lirəsi ilə ən çox gəlir isə “Rams” şirkətindən (245 milyon TL) olub.
Xatırladaq ki, SOCAR “Qalatasaray”ın Avropa kuboklarındakı matçlarında rəsmi titul - forma sponsorudu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC