Kapitanı olduğu "Əl-Nəsr"lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq Kriştiano Ronaldo gələcəyi ilə bağlı qərarını verib.
Presssport.az xəbər verir ki, 39 yaşlı hücumçu Səudiyyə Ərəbistanı klubu ilə yeni sözləşmə imzalamayacaq.
Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Ronaldo mövsüm bitdikdən sonra "Əl-Nəsr"dən ayrılacaq. Ulduz futbolçu karyerasını çempionluq uğrunda mübarizə aparan bir komandada davam etdirmək istəyir.
Xatırladaq ki, Kriştiano 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir. Təcrübəli forvard bu mövsüm komandanın heyətində meydana çıxdığı 19 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC