Messi şərab brendino yaratdı və təqdim etdi

Argentina millisinin və “İnter Mayami”nin kapitanı Lionel Messi özünün premium şərab brendini ictimaiyyətə təqdim edib.

Presssport.az xəbər verir ki, 39 yaşlı futbolçu bu işdə Amerikanın “Mmwinemaker” şərab zavodu ilə əməkdaşlıq edib.

Təqdimatda biri ağ etiketli, digəri qara etiketli olmaqla 2 növ təqdim edilib. Hər 2-də də Messinin silueti əks olunub. 

Hücumçu brendinə “Lionel 10” adını verib. Bir şüşəsinin qiyməti isə 60,32 avrodur.

Onu da bildirək ki, Lionel bu mövsüm klubuyla bütün yarışlarda 22 oyun keçirib, 21 qol vurub, 18 məhsuldar ötürmə edib. Onun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin qışınadəkdi. 

“Transfermarkt” portalına görə Messinin transfer dəyəri 20 milyon avrodu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC