MOİK-in və Rusiya millisində oynamış hücumçu Azərbaycana gəlir - yenidən Berezutskiylə bir klubda?

Bir müddət əvvəl “Ximki”dən ayrılan təcrübəli rusiyalı futbolçu Kirill Pançenko karyerasını Azərbaycanda davam etdirə bilər.

Pressport.az xəbər verir ki, bu barədə onun atası Viktor Pançenko məlumat verib. 

Rusiya mətbuatına danışan Kirilin atası 35 yaşlı oğlunun gələcək planlarının oynamaq olduğunu söyləyib: "Xoşbəxtlikdən, sağlamlığı ona imkan verir. İndi digər klublarla danışıqlar aparırıq, lakin bu, hələ bir az sirr kimi qalıb. Qonşu ölkələrə - Azərbaycan, Qazaxıstan və Özbəkistana getməyi istisna etmirik. Başqa variantlar da var. Buna görə də düzgün qərar vermək üçün hər şeyi ölçüb-biçmək və Kirilllə müzakirə etmək lazımdı”.

Onu da bildirək ki, Kiril bunadək “Dinamo”(Stavropol), “Nijni-Novqorod”, “Mordoviya”, “Tom”, MOİK, “Dinamo” (hər ikisi Moskva), “Tambov”, “Arsenal”da (Tula), habelə millidə (2016-cı ildə 1 oyun) də çıxış edib. Hücumçu "Sabah"ın baş məşqçisi olan həmyerlisi Vasili Berezutskiylə “hərbçilər”də komanda yoldaşı olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC