İmaməddin Xəlilov Astanada bürünc medal qazanıb

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K44, 70 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Qran-Pri Finalında bürünc medal qazanıb.

 

Presssport.az-ın məlumatına görə, paralimpiyaçı 1/4 final mərhələsində qazaxıstanlı Askar Dinmukhammedi məğlub edib.

 

O, yarımfinalda meksikalı Juan Dueqo Qarsia Lopezə uduzub.

 

Üçüncü yer uğrunda görüşdə braziliyalı rəqibi Valter Sedano Delfino de Oliveyra döyüşə çıxmadığından İmaməddin Xəlilov bürünc mükafat qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC