Tanınmış futbolçu vəfat etdi

Braziliyalı tanınmış futbolçu Juari dünyasını dəyişib.

 

Presssport.az xəbər verir ki, 67 yaşlı keçmiş hücumçu noyabrın 26-da Braziliyanın Posos-di-Kaldas şəhərində vəfat edib.

 

Bu barədə onun keçmiş klubu “Santos”un mətbuat xidməti məlumat yayıb. Klubun açıqlamasına görə, futbolçu onurğa və prostat xərçənginin yaratdığı ağırlaşmalar səbəbindən həyatını itirib. 

Karyerasına “Santos”da başlayan hücumçu bu komandada 229 oyun keçirib və 101 qol vurub. O, 1978-ci ildə klubla San-Paulu ştatının çempionu olub.

 

Juari Avropada “Avellino”, “İnter”, “Askoli”, “Kremoneze” və “Porto” klublarında çıxış edib. Onun karyerasının ən parlaq məqamlarından biri 1987-ci ildə “Porto” ilə Çempionlar Kubokunu (indiki Çempionlar Liqası) qazanması olub. Braziliyalı hücumçu f“Bavariya”ya ilə final matçında həlledici qolu vurub. 

 

Juari Braziliya millisində də 3 oyun keçirib və 1 qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC