Braziliya millisinin müdafiəçisi "Qalatasaray"ın təklifindən imtina etdi

“Qalatasaray”ın "Flamenqo"nun müdafiəçisi Leo Pereyranı transfer etmək planları baş tutmayıb.

 

Presssport.az Braziliya mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi təcrübəli müdafiəçini bu qış heyətinə qatmaq istəyib.

 

Hətta bu barədə 30 yaşlı futbolçunun agenti ilə də ilkin danışıqlar və razılıq olub. Lakin Pereyra sonradan fikrindən daşınıb və “Qalatasaray”ın təklifindən imtina edib. O, İtaliya klublarından gələn təklifləri dəyərləndirmək istəyir.

 

Pereyranın "Flamenqo" ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir. Leo "Atletiko Paranaense", "Nautiko", "Orlando Siti" klublarında oynayıb. O, 2026-cı ildən Braziliya millisinin də şərəfini qoruyur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC