"Sabah"da itkilər - yenə "Qarabağ"a qarşı oynamayacaqlar

“Sabah” Premyer Liqanın XXII turunda “Qarabağ”la bugünkü səfər matçına itkilərlə çıxacaq. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun Presssport.az-a verdiyi məlumata görə, Nicat Mehbalıyev, Ayaz Quliyev, Kristian Sebalyos zədə, Davit Volkov xəstəlik üzündən - son günlərdə hərarəti olduğuna görə məşqlərdən kənarda qalıb. Bu üzdən onların “Qarabağ”la Tofiq Bəhramov adına Respublika stadionunda bugünkü oyunu da buraxacaqları gözlənilir. Namiq Ələsgərov isə zədəsini sağaltdığından, oynamaq ehtimalı var. 

Xatırladaq ki, adıçəkilən futbolçular həftəiçi bu rəqibə həmin arenada Azərbaycan Kubokunun 1/4 final mərhələsində 4:3 hesabıyla qalib gəldikləri cavab görüşünü də buraxmışdı.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC