Yankoviç sabah bizi böyük futbol günü gözlədiyini sayır: "Hədəfimiz yaxşı nəticə əldə etməkdi"

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Liqası Liqa mərhələsinin "Ayaks"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Presssport.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi əvvəlcə sabahkı oyunla bağlı fikirlərini bölüşüb

- Baş məşqçimizin dediyi kimi, mən də bu sözləri təkrar demək istəyirəm. Sabah bizi böyük futbol günü gözləyir. Böyük və tanınmış kluba qarşı oynayırıq. Motivasiyamız yüksəkdi. Sabah hədəfimiz yaxşı nəticə əldə etməkdi.

- Məlumdur ki, favorit "Ayaks"dır. Bəs, xeyrimizə işləyən amil nədi?

- Keçmişdə də böyük klublara qarşı oynamışıq. Futbolun gözəlliyi ondadır, hər şey baş verə bilir. Autsayder uda da bilər, favorit uduza da. Keçmişdə göstərdiyimiz oyunlar onu göstərir ki, hər bir rəqibə qarşı oynaya bilərik. Sabah hər 3 nəticədən biri ola bilər.. Əsas odur ki, çıxıb özümüzü göstərək, nəticədən asılı olmayaraq, yaxşı oynayaq. Ümid edirəm ki, sabah nəticə də yaxşı olacaq.

- Avropa Liqasının yeni formatı sənin üçün nə dərəcədə maraqlı gəlir?

- Futbolçu kimi dəyişikliyi çox istəyirəm. Fərq ondadır ki, oyun sayı artıb. Bəlkə şans olacaq ki, böyük komandalara qarşı daha çox oynayaq. Hansısa böyük dəyişiklik hiss etmirəm.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC