Son 2 ilin finalçılarını bir araya gətirən yarımfinal - "Qəbələ"nin son şansının, Bojoviçin taleyinin həll olunduğu mərhələ

Azərbaycan kubokunda mübarizə sona yaxınlaşır. 

Presssport.az xəbər verir ki, son 2 ildə finalda iştirak edən komandalar titul uğrunda mübarizənini davam etdirir.

Belə ki, keçən mövsüm “Neftçi” - “Qəbələ”, bundan əvvəlsə “Qarabağ” - “Zirə” finalı olmuşdu. Yarımfinalda “Zirə” - “Qəbələ” və “Neftçi” - “Qarabağ” cütlərinin olduğunu nəzərə alsaq, əvvəl göstərdiyimiz finallar yenə baş tuta bilər.

Premyer Liqada medallara əsas iddiaçılardan olan “Zirə” son pillədə gedən “Qəbələ”ylə dueldə favorit olsa da, indiyədək kubokda olan yeganə dueldən məğlub ayrılıb. Bu, 2015/16 mövsümündə olub ki, onda Roman Qriqorçukun baş məşqçisi olduğu “qırmızı-qaralar” 1/4 finalda səfərdə 2:1, evdə 5:1 hesabıyla qalib gələrək inamla yarımfinala adlayıb. Budəfə də ilk görüş Zirədə, cavab matçı Qəbələdə olacaq. Görünüdüyü kimi, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Elmar Baxşıyevin komandasının avrokuboklar şansı qalır. Özü də unutmayaq ki, bu ildən ölkə kubokunun qalibi Konfrans yox, Avropa Liqasına yollanacaq. 

Azarkeşlərin hər mövsümöncəsi böyük səbirslizliklə gözlədiyi “Neftçi” - “Qarabağ” finalı yenə olmayacaq. Azərbaycan Kubokunda ilk mövsümdən, 1992-ci ildən bu yana bütün mövsülərdə iştirak etmiş yeganə komandalar olan əzəli rəqiblər bu turnirdə 18 dəfə qarşılaşıb. Bunun 8-də “Qarabağ”, 5-də “Neftçi” qalib gəlib, 5 matçda isə heç-heşə qeydə alınıb. Bu cütlərdə daha çox qalib olan ağdamlılar yenə favoritdi. Digər tərəfdən, “Neftçi”nin qış fasiləsində baş məşqçi postuna gətirdiyi 56 yaşlı monteneqrolu mütəxəssisin qarşısına rəhbərlik Premyer Lİqada 2-ci və Azərbaycan kubokunun qalibi olmaq vəzifəsi qoyub. Deməli, Bojoviç “Neftçi”ni son 10 ildə daha çox kölgəsində qaldığı "Qarbağ"ı keçə bilməsə, mövsüm bitəndən sonra postuna qalmaq şansını xeyli azaltmış olacaq. 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC