"Səbail"in futbolçusu Adi Mehremiç Premyer Liqanın XXIV turunda cəzalı olduğundan “Sabah”la ev matçına sifariş olunmayıb.
Presssport.az xəbər verir ki, bosniyalı mərkəz müdafiəçisi vərəqə limitini aşmağın əziyyətini çəkir.
Bu turda digər cəzalılar da vərəqə limitini aşanlardı. Belə ki, “Sumqayıt”ın afrikalı mərkəz yarımmüdafiəçisi Mossi Tresor bu üzdən “Qarabağ”la səfər matçında heyətdən kənarda qalacaq.
“Araz-Naxçıvan”ın braziliyalı mərkəz müdafiəçisi İqor Ribeyro isə cəza üzündən “Zirə”ylə ev matçını buraxacaq. Bu komandanın məşqçisi Vadar Nuriyevin isə cəzası bu turda bitəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC