“Neftçi”nin fransalı müdafiəçisi Ervin Koffi müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir:
- “Şamaxı” ilə oyun (2:2) barədə nə deyə bilərsiniz?
- Oyuna çox yaxşı başladıq. Qalib gəlməli idik. Ardıcıl iki qoldan sonra dayandıq. Düşündük ki, artıq qələbə qazanmışıq. Lakin bu, düzgün deyil. Sona qədər mübarizə aparmaq lazımdır.
- Nə baş verdi ki, 4-cü dəqiqədə 2:0 hesabı ilə öndə olan “Neftçi” qələbəni əldən verdi? Problem nədə idi?
- Problem qolları çox erkən vurmağımızdır. Bəlkə də buna görə xal itirdik. Ola bilər ki, 2:0-dan sonra oyunun asan keçəcəyini düşündük. Halbuki heç bir matç asan keçmir.
- Milli komandanın oyunlarına görə çempionatda fasilə yaranır. Bu, “Neftçi”nin xeyrinə olacaq?
- İndiki məqamda çempionatda fasilə yaranması yaxşıdır. Çünki dayanmadan işləməliyik. Yeni baş məşqçimizin rəhbərliyi altında daha çox çalışmağımıza ehtiyac var.
- Yeri gəlmişkən, Samir Abasovun gəlişi “Neftçi”də nəyi dəyişib?
- Samir Abasov yaxşı məşqçidir. Addım-addım irəli gedirik. 3 turdur oyunumuzda müsbətə doğru dəyişiklik var.
- Baş məşqçinin əsas tələbləri nələrdir?
- Bizdən hücum futbolu oynamağı, özümüzdə top saxlamağı, irəliyə daha çox ötürmə verməyi istəyir. Məşqlərdə də bu istiqamətdə çalışırıq.
- Fasilədən sonra 2 çətin oyuna çıxacaqsınız. Əvvəlcə “Zirə”ni, sonra isə “Qarabağ”ı qəbul edəcəksiniz. Həmin matçlardan gözləntiləriniz nədir?
- İndiki məqamda hər növbəti oyunu düşünürük. “Zirə” yaxşı komandadır. Odur ki, çətin olacaq. Lakin əlimizdən gələni edəcəyik ki, uğur qazanaq (futbolxeber.az)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC