AVF rəsmisi "Roma"nın matçına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) komunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli Çelenc Kuboku matçına supervayzer təyin olunub.

Presssport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, qurum rəsmisi qadın voleybolçular arasında yarışın 1/16 finalında “Rapid" (Rumıniya) və “Roma” (İtaliya) komandalarının cavab qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək.

Noyabrın 12-də Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək oyunu danimarkalı Morten Enqborq Kleyn və bolqarıstanlı Milena Lazarova-Pyova idarə edəcəklər.

Onu da bildirək ki, komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC