"Bizi iki dəfə məğlub edən Azərbaycanla yenidən eyni qrupa düşdük, həqiqətən yaxşı komandadı"

Monteneqronun qadın futbolu üzrə milli komandasının baş məşqçisi Mirko Mariç UEFA Millətlər Liqasının yeni mövsümünün püşkatma mərasimində futbolçularının Azərbaycan və Litva yığmaları ilə yanaşı C4 qrupunda yer alması haqda fikirlərini bildirib.

Presssport.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan monteneqrolu mütəxəssis millimiz haqda xoş sözlər işlədib: “Əvvəlki Millətlər Liqasında hər iki dəfə bizi məğlub edən (0:1, 0:3) Azərbaycanla yenidən eyni qrupa düşdük. Onlar həqiqətən yaxşı komandadır. Hazırda Litva bizim üçün naməlum rəqibdir. Amma şübhəsiz ki, bu, hər komandanın qalib gələ biləcəyi bərabər qrupdur. Dörd komandadan ibarət qrupda olsaydıq, daha yaxşı olardı. Ancaq məqsədimiz həmişə eynidir:hər matçda əlimizdən gələnin ən yaxşısını etmək”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC