Sərbəst güləşçilərimiz Qubada təlim-məşq toplanışına başlayıb

Sərbəst güləş üzrə Azərbaycan millisi bu gün növbəti təlim-məşq toplanışına start verib.

Presssport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda geniş tərkibdə Qubaya yollanıb.

Quba Olimpiya İdman Kompleksində təşkil edilən hazırlıq prosesi martın 10-dək davam edəcək.

Təlim-məşq toplanışında böyüklərlə yanaşı, gənclərdən ibarət yığmanın üzvləri də yer alıblar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev ilə Şərif Şərifov, Oyan Nəzəriani, eləcə də U-20 millisinin böyük məşqçisi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 70-dən çox güləşçi həm fiziki, həm də taktiki-texniki çalışmalar üzərində məşq edəcək. ABŞ-dən dəvət edilən fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippi də xüsusi fiziki hazırlıq üzrə təmrinlərin həyata keçirilməsində yaxından iştirak edəcək.

Hazırlıq prosesində Qazaxıstan, Rusiya və Belçikadan sınaqçı-rəqiblər də yer alıb.

Quba toplanışı Bakıda keçiriləcək məsul yarışlara – Avropa Olimpiya Təsnifat turnirinə (5-7 aprel) və U-23 Avropa çempionatına (20-26 may) hazırlıq xarakteri daşıyır.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC