"Bayer" - "Qarabağ" matçının biletləri satışa çıxır

"Qarabağ"ın Avropa Liqası 1/8 final mərhələsinin "Bayer"lə səfər oyununun biletləri satışa çıxır.

Presssport.az xəbər verir ki, biletlər sabah "Bay Arena"da yerləşən fan-şopda və onlayn qaydada satılacaq. 

Bu barədə Leverkuzen klubunun mətbuat xidməti məlumat yayıb.

Hələlik yalnız klub üzvləri və abunəçilər bilet əldə edə biləcək. Qiymətlər 8-50 avro aralığındadır.

Qeyd edək ki, "Bayer" - "Qarabağ" qarşılaşması martın 14-də baş tutacaq. Komandalar arasında ilk oyun isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC