"Kəpəz"lə bir oyunluq razılaşdıq, bundan sonrasını isə bizim projektorların hazır olması durumuna görə yenə danışacağıq”

“Əslində, özümüz də çox sıx qrafikdəyik. Çətindi, bir meydançadı, bir gün əvvəl rəqibin oyunöncəsi məşqi var, özümüzün də. Bundan əlavə, akademiya komandalarımız əsas meydançada da hazırlıq keçir. Amma ”Kəpəz" də çətin vəziyyətdədi, bir oyunluq razılaşdıq, bundan sonrasına isə artıq duruma görə baxacağıq". 

Bu fikirləri Presssport.az-a açıqlamasında “Turan Tovuz”un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov deyib.

Məlumdu ki, “Kəpəz” Gəncə şəhər stadionu təmirə bağlandığından sonra rəqiblərini yenidən Qəbələdə etsə də, bu, daha olmayacaq. Belə ki, “Qəbələ” tərəfi stadionun ot örtüyünün yükləndiyini əsas gətirərək artıq “Kəpəz”in rəqiblərini orda qəbul etməsinə razı olmayb.

Hələ ki gəncəlilərin növbəti ev oyununu - XXVI turda “Neftçi”ylə görüşü Tovuz şəhər stadionunda keçirəcəyi bəllidi. Bəs, bundan sonra necə olacaq? “Turan Tovuz” “Kəpəz”

cari mövsümün sonunadək öz stadionunda oynamağa imkan yaradacaq? Nəsibovu dinləyək: “Kəpəz”lə digər ev matçlarını danışmamışıq. Bir turu danışdıq ki, bizdə oynasınlar. Bundan sonrasını isə bizim projektorların hazır olması durumuna görə yenə danışacağıq”.

Yeri gəlmişkən, Tovuz şəhər stadionunda yeni işıq dirəklərininin quraşdırılması ilə bağlı vəziyyət necədi? Nəsibovun sözlərinə görə, bu istiqamətdə işə başlamağa hazırdırlar: “Amma müvafiq lisenziyalar və s. lazımdı. Müvafiq olaraq onların hazırlığı gedir ki, bütün qaydalara uyğun formada işə başlayaq. İşə başladığımız gün deyə bilərəm ki, nə vaxt qurtaracaq. İşə start verəcəyimiz günü isə hələ ki deyə bilmirik”.

Xatırladaq ki, “Turan Tovuz” keçən ilin son matçında - dekabrın 23-də “Araz-Naxçıvan"la ev matçının ikinci hissəsində başlayan güclü külək nəticəsində 81-ci dəqiqədə Tovuz şəhər stadionunda işıq dirəklərindən biri qırılıb. Bu səbəbdən oyun yarımçıq dayandırılıb. İşıq dirəklərində heç bir texniki problem və ya nasazlıq olmayıb. Sadəcə, təbii fəlakət nəticəsində dəmir konstruksiya qırıldığınan güclü küləyin təsiri ilə dirək aşıb. Hələ ki projektorlar olmadığına görə Tovuz klubu III dövrədə ev matçlarını günorta saatlarında keçirir. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC