"Sabah" yeni baş məşqçisini açıqladı

“Sabah”da yeni baş məşqçi təyinatı rəsmiləşib.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı məşqçi Krunoslav Renduliçlə 1,5 illik müqavilə imzalanıb.

Renduliç məşqçi karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb. 

Xorvatiyalı məşqçi “Zrinski” ilə Bosniya və Herseqovina çempionu və kubokunu qazanıb (2022/2023), bu klubu Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023/2024).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC