"Araz-Naxçıvan"ın iki futbolçusunun Tovuzda oynaması sual altındadı

“Sabah”la oyundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” bu gün məşqləri bərpa edib. Presssport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təxminən 90 dəqiqə davam edən hazırlıq prosesində yüngül zədəsi olan Aksel Nqando və Orxan Əliyev iştirak etməyib. Onların “Turan Tovuz”la matça hazır olub-olmayacaqları qarşıdakı günlərdə məlum olacaq.

Qeyd edək ki, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu martın 10-da Tovuz şəhər stadionunda keçiriləcək. “CBC Sport”la canlı yayımlanacaq görüş saat 15:30-da start götürəcək.


 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC