AFFA futzalla bağlı hansı cəzaları verdi?

AFFA-nın İntizam Komitəsinin son iclasında futzalla bağlı qərarlar qəbul olunub.

Presssport.az həmin qərarları diqqətinizə çatdırır:

29.02.2023-cü il tarixində keçirilən “Araz Naxçıvan” – “Record club” oyununda, “Record club” komandasının oyunçusu Arzu Abbasovun oyunun 37-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 41);
29.02.2023-cü il tarixində keçirilən “Neftçi İK İB” – “U-19” oyununda, ”U-19” komandasının oyunçusu Qüdrət Qasımzadənin oyunun 22-ci dəqiqəsində oyunun bərpasını ləngidilməsi səbəbindən bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);

29.02.2023-cü il tarixində keçirilən PFL – “Şuşa” oyununda, “Şuşa” komandasının oyunçusu Üzeyir Sadıqovun oyunun 3-cü dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına  görə 1 oyun cəzalandırılsın (maddə 41);

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC