Fərid Qayıbov: "İnanırıq ki, regionlarımızda idmanla məşğul olan gənclərin sayı daha da artacaq"

“Keçirdiyimiz bütün tədbirlər idmanın inkişafı üçündü. İnanırıq ki, regionlarımızda idmanla məşğul olan gənclərin sayı daha da artacaq. Çünki dövlət tərəfindən bu istiqamətdə hər cür şərait yaradılıb”.

Presssport.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Qubada təşkil olunan paraddan sonra jurnalistlərə açıqlamasında deyib. 

O, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik edərək, 19 il öncə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edildiyini vurğulayıb: "Bu il əksər idman tədbirlərini İdman paytaxtı Qubada keçirməyə çalışırıq. Ona görə də idman bayramımızı da məhz burda qeyd etdik. Qubada möhtəşəm ab-hava var. Bura xaricdən də qonaqlarımız gəlib".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC