"Sumqayıt" uduzdu, "Neftçi" qalib gəldi

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.

Presssport.az xəbər verir ki, günün ilk oyunu "Sumqayıt" və “Cəlilabad” arasında baş tutub. Bu oyun cənubluların 90:76 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Tay Rendal - 19 xal, 4 asist), "Cəlilabad" (Zaur Paşayev - 19 xal, 8 ribaund)

Günün ikinci oyununda kuboka yaxşı start vermiş iki klub 0 "Neftçi" və "Xırdalan" üz-üzə gəlib. Öz gərginliyi ilə seçilən oyunu 80:68 hesabı ilə qalib tamamlayan "Neftçi", A qrupunda "Xəzri" ilə xallarının sayı bərabərləşdirib.

Ən məhsuldar basketbolçular: "Neftçi" (Ceyms Haforn - 13 xal, 3 ribaund), "Xırdalan" (Cakori Arçi - 27 xal, 5 ribaund)


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC