"Bayer"in zədəli futbolçusu komandaya qoşuldu

"Qarabağ"la oyuna hazırlaşan "Bayer"də zədəli futbolçulardan biri komandaya qoşulub.

Presssportaz əbər verir ki, Artur zədəsini sağaldıb. 

Bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, braziliyalı sağ cinah müdafiəçisi bu gün komanda ilə birlikdə məşq edib. Almaniya klubunun heyətində yeganə zədəli futbolçu Viktor Bonifasedir.

"Bayer" Arturu mövsümün əvvəlində Braziliyanın "Amerika" klubundan transfer edib. 20 yaşlı futbolçu komandanın heyətində 3 rəsmi matçda meydana çıxıb.

Qeyd edək ki, "Qarabağ" "Bayer"lə ilm oyunu martın 7-də Bakıda keçirəcək. 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC