"Qarabağ" elə komandadı ki, onu qiymətləndirməyə bilmərik"

"Qarabağ"la səfər matçımız mütləq gərgin olacaq. Artıq bunu bir dəfə görmüşük. Buna görə də bilirik ki, Bakıdakı oyun asan keçməyəcək".

Presssport.az xəbər verir ki, bu sözləri "Bayer"in vitse-kapitanı Conatan Ta Avropa Liqasının 1/8 finalında "Qarabağ"la Bakıda keçiriləcək oyun haqda danışarkən deyib.

Almaniya millisinin də üzvü olan təcrübəli müdafiəçinin fikrincə, Ağdam klubu heç də asan rəqib deyil: "Qarabağ" çox məşhur komanda olmaya bilər. Amma elə komandadı ki, onu qiymətləndirməyə bilmərik. Nə yaxşı ki, “Qarabağ”a qarşı oyun təcrübəmiz var".

Xatırladaq ki,  bu komandalar arasında ilk oyun martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də olacaq. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC