"Qarabağ"ın rəqibinin futbolçusu: "Bura kuboklar qazanmaq niyyəti ilə gəlmişəm"

Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer"in ispaniyalı müdafiəçisi Alexandro Qrimaldo baş məşqçisi olan həmyerlisi Xabi Alonso haqda fikirlərini bölüşüb. 

Presssport.az xəbər verir ki, 29 yaşlı sol cinah müdafiəçisi Xabinin xüsusi insan olduğunu deyib:  "O, yeni məşqçilik erasının astanasındadı. Bir məqamı qeyd edim ki, “Ştutqart”la matçda ilk hissədə çox zəif oynadıq və Xabi Alonso dedi ki, nəticə məni maraqlandırmır, öz oyun üslubumuzu, öz futbolumuzu görmək istəyirəm. Biz də çıxdıq, onun dediyini etdik".

Qrimaldo "Benfika"dan "Bayer"ə keçidinin səbəbini də açıqlayaraq, hazırkı klubuna kuboklar qazanmaq niyyəti ilə gəldiyini diqqətə çatdırıb: “Bayer” gözlədiyimdən də yaxşı çıxdı. Bunu dərhal, mövsümöncəsi hiss etdim. Bundan sonra ağlımıza belə bir fikir gəldi ki, bu mövsüm azarkeşləri və medianı "Bayer" haqqında çox danışmağa vadar edəcəyik".

Xatırladaq ki Qrimaldo 2023-cü ilin yayında azad agent kimi “Benfika”dan Leverkuzen klubuna keçib və bu mövsüm onun heyətində bütün yarışlarda 33 oyun keçirib, 11 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun almanlarla müqaviləsi 2027-ci ilin iyunun sonunadəkdi. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC