"Turan Tovuz" üçün yeni tərəfdaş: "Bu klub ölkə futbolunun ən böyük dəyərlərindən biridi"

“Turan Tovuz” PFK yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.
Presssport.az xəbər verir ki, Tovuz klubu bundan sonra ölkənin tanınmış şirkətlərindən olan “İnci Group of Companies” ilə əməkdaşlıq edəcək.
Əməkdaşlıq 2024-2025-cü illər mövsümünün sonunadək nəzərdə tutulub. Şirkət tərəfindən əsas komandanın ev oyunları zamanı Tovuz şəhər stadionunda uduşlu əşya lotoreyası həyata keçiriliəcək.
Bununla da bilet alan azarkeşlər məişət texnikası, elektron avadanlıqlar və  digər hədiyyələr qazanmaq şansı əldə edəcəklər.
Tərəflər keçirəcəkləri sosial məsuliyyət kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.
“İnci Group of Companies” QSC-nin direktoru İsa Abbasov da "Turan Tovuz"la əməkdaşlıqdan razı qaldığını qeyd edib: “Əməkdaşlığın hər iki tərəf üçün düşərli olmasını arzu edirik.  “Turan Tovuz” ölkə futbolunun ən böyük dəyərlərindən biridir. Ümid edirəm ki, nümunəvi tərəfdaşlığımız digər sahələrdəki şirkətlərin də kluba dəstək olmasına təkan verəcək”.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC