Boksçumuz lisenziya turnirində ardıcıl 2-ci qələbəsini qazanıb

Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 2-ci qələbəsini qazanıb.

Presssport.az xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/16 finalda Aleksandr Trofimçuku (Litva) məğlub edib.

Belə ki, Əliyev rəqibinə 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü martın 10-da keçirəcək.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin 6-cı günündə Azərbaycan millisinin 3 boksçusu rinqə çıxacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC