Bakıdakı turnirə qatılacaq Azərbaycanın idman gimnastları bilindi

Martın 15-17-də Bakıda keçiriləcək "AGF Trophy" beynəlxalq turnirində iştirak edəcək Azərbaycanın idman gimnastları müəyyənləşib.

Presssport.az xəbər verir ki, yarışda böyüklər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (çoxnövçülük), Rəsul Əhmədzadə (çoxnövçülük), Mənsum Səfərov (sərbəst hərəkətlər, dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar), gənclər arasında Nihat Muradlı (çoxnövçülük) və Aydın Əlizadə (çoxnövçülük) təmsil edəcəklər.

Turnirin ilk iki günündə təsnifat, sonuncu gündə isə final mərhələsi keçiriləcək.

Yarışda Azərbaycanla yanaşı, Kanada, İran, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan komandalarını təmsil edən idmançılar qüvvələrini sınayacaqlar.

Böyüklər və gənclər arasında mübarizə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiq olunub. Burda yeniyetmələr də qüvvələrini sınayacaqlar.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC