Ukrayna Premyer Liqasının liderlərindən olan “Dnepr-1” qış "transfer pəncərəsi" zamanı hücum xəttini gücləndirməyi planlaşdırır. Presssport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, dneprlilərin hədəfində “Şaxtyor”un 2 futbolçusu - yarımmüdafiəçi Oleq Oçeretko və hücumçu Boqdan Vyunniklə yanaşı, "Zirə”nin forvardı Vladislav Kulaç var. Bu yerdə bildirək ki, bir neçə gün əvvəl Ukrayna mətbuatında “Krivbass” və “Metallist 1925”in də Vladislavla maraqlandığı barədə xəbərlər yayılıb. Xatırladaq ki, 31 yaşlı Kulaçın zirəlilərlə müqaviləsi cari mövsümün sonunadəkdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC