Santuş millinin əsas qapıçısına dəvət göndərməməsinin səbəbini açıqlayıb: "Onun çıxışı ürəkaçan deyildi, bəyənmədim"

Millimizin baş məşqçisi Fernandu Santuş son oyunlarda əsas qapıçı olaraq meydana çıxan Mehdi Cənnətovun bu dəfə yığmaya çağırılmamasının səbəbini açıqlayıb.

Presssport.az xəbər verir ki, bu gün mətbuat konfransında iştirak edən portuqaliyalı mütəxəssis 32 yaşlı qolkiperin millidəki son oyununu bəyənmədiyini vurğöulayıb: "TMehdinin bu dəfə dəvətlilər arasında olmamağı sırf texniki qərardır. Məşqçilər heyəti var və birgə müzakirələr nəticəsində qərar vermişik. Mehdi ilə şəxsi heç bir problem yoxdu. Son oyunlarda çıxışı ürəkaçan deyildi, bəyənmədim. Ona görə başqa qapıçılara şans verdim".

Xatırladaq ki, Cənnətov məhz Santuşun vaxtında millidə debüt edərək UEFA Millətlər Liqasında bu mövsümdə hər 4 oyunu əvəzolunmadan keçirib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC